Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 486 Bakı şəhəri, 14 noyabr 2018-ci il
 
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) ştat sayının artırılması barədə
“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1740 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 
1 fevral tarixli 15 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 130; 2004, № 6, maddə 502; 2005, № 1, maddə 52, № 12, maddə 1242; 2006, № 11, maddə 1002; 2007, № 2, maddə 185, № 7, maddə 742; 2009, № 10, maddə 857; 2010, № 8, maddə 754; 2013, № 6, maddə 720; 2015, № 6, maddə 775, № 8, maddə 975) 7-ci hissəsində “221” rəqəmləri “222” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə