Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda dövlət gənclər siyasəti uğurla icra olunur

Sumqayıtda dövlət gənclər siyasəti uğurla icra olunur

Onilliklər boyu “gənclik şəhəri” kimi tanınan Sumqayıtda sabahımızın sahibləri hər cür diqqət və qayğı ilə əhatə olunublar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçirilən Tədbirlər Planının icrasına həsr edilmiş hesabat konfransında bu fikir xüsusi vurğulanıb.     

Şəhərin müxtəlif sahələrini təmsil edən 120-yə yaxın gəncin iştirak etdiyi tədbirdə  Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və Sumqayıt şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi qayğıdan danışıb. Sonra şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov gəncləri 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. O qeyd edib ki, gənclik müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası məqsədilə önəmli addımların atılması dövlət siyasətinin prioritetlərindəndir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini təcrübədə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Qürurla demək olar ki, milli mənəvi dəyərlərimizi qoruyub yaşadan müasir Azərbaycan gəncləri öz fəaliyyətlərində yüksək vətəndaşlıq keyfiyyətləri  nümayiş etdirirlər.

Daha sonra Baş idarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, 700 bal toplayaraq tələbə adı qazanmış sumqayıtlı məzun Cahan Haşımzadə, YAP şəhər təşkilatının üzvü Gülşən Rüstəmova, Sumqayıt Regional “Asan” Xidmət Mərkəzinin könüllüsü Teymur Hacıyev,  Gənclər evinin direktoru Pəri Vəliyeva, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov ürək sözlərini söyləyiblər. İftixarla xatırlanıb ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral tarixi 1997-ci ildən Azərbaycan Gəncləri Günü kimi dövlət səviyyəsində qeyd olunur. Belə bir gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda təsis olunub. Natiqlər onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq duyğularını ifadə ediblər.    

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

11 2018 10:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin