Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 484 Bakı şəhəri, 12 noyabr 2018-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 3 noyabr tarixli 439 nömrəli, “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə verilən subsidiyanın məbləğinin müəyyən edilməsi və “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 85 nömrəli və “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 2 avqust tarixli 311 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası ­Prezidentinin ­2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ­2018-ci il 31 iyul tarixli 225 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 noyabr tarixli 439 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1927; 2017, № 6, maddələr 1227, 1239) ilə təsdiq edilmiş “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə “rayon və şəhər idarələri (bundan sonra – kənd təsərrüfatı idarələri)” sözləri “dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM)” sözləri ilə əvəz edilsin;
1.2. 2.3-cü, 2.4-cü, 3.3-cü, 3.6-cı və 3.8-ci bəndlərdə ismin müvafiq hallarında “kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.3. 3.4-cü, 3.5-ci, 3.9-cu və 4.1-ci bəndlərdə ismin müvafiq hallarında “Kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.4. Qaydaya 5 nömrəli əlavədə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinə” sözləri “dövlət aqrar inkişaf mərkəzinə” sözləri ilə əvəz edilsin;
1.5. Qaydaya 6 və 7 nömrəli əlavələrdə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 484) ilə təsdiq edilmiş “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənddə “rayon (şəhər) kənd təsərrüfatı idarəsi (bundan sonra – kənd təsərrüfatı idarəsi)” sözləri “dövlət aqrar inkişaf mərkəzi (bundan sonra - DAİM)” sözləri ilə əvəz edilsin;
2.2. 2.3-cü, 2.4-cü, 3.2-ci, 3.8-ci, 3.11-ci və 3.13-cü bəndlərdə ismin müvafiq hallarında “kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilsin;
2.3. 3.3-cü, 3.12-ci və 4.1-ci bəndlərdə “Kənd təsərrüfatı idarəsi” sözləri “DAİM” abreviaturası ilə əvəz edilsin;
2.4. Qaydaya 3 və 6 nömrəli əlavələrdə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə əvəz edilsin;
2.5. Qaydaya 5 nömrəli əlavədə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinə” sözləri “dövlət aqrar inkişaf mərkəzinə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1601) ilə təsdiq edilmiş “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “rayon və şəhər idarələri (bundan sonra – kənd təsərrüfatı idarələri)” sözləri “dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM)” sözləri ilə əvəz edilsin;
3.2. 2.3-cü, 2.4-cü, 3.3-cü, 3.6-cı, 3.8-ci və 3.10-cu bəndlərdə ismin müvafiq hallarında “kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilsin;
3.3. 3.4-cü, 3.5-ci, 3.9-cu, və 4.1-ci bəndlərdə ismin müvafiq hallarında “Kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilsin;
3.4. Qaydaya 5 nömrəli əlavədə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinə” sözləri “dövlət aqrar inkişaf mərkəzinə” sözləri ilə əvəz edilsin;
3.5. Qaydaya 6 və 7 nömrəli əlavələrdə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə