Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir gündə üç qızıl medal

Daşkənddə cüdo üzrə Qran-pri turnirinin sonuncu günü Azərbaycan komandasının üç qızıl medalı ilə əlamətdar olmuşdur.
Turnirin finişində ən yüksək mükafatlarımızın hesabını bütün rəqiblərindən üstün hazırlıq nümayiş etdirən Məmmədəli Mehdiyev (90 kq) açmışdır. Bir qədər sonra 100 kq çəki dərəcəsində final görüşündə Fransa cüdoçusunu məğlubiyyətə uğradan Elmar Qasımov fəxri kürsünün zirvəsində təbrikləri qəbul etmişdir. Qadınların yarışında isə İrina Kindzerska (+78 kq) komanda yoldaşlarından geri qalmayıb həlledici görüşdə Almaniya təmsilçisi üzərində qələbə qazanaraq qızıl mükafat sevinci yaşamışdır.
Bir gündə Qran-pri kimi çox nüfuzlu turnirdə qazanılan üç qızıl medal, əlbəttə ki, böyük nailiyyətdir və cüdoçularımızın yüksək ustalığının bəhrəsidir. Yarışın birinci günü Nicat Şıxəlizadəyə (66 kq) təqdim olunmuş bürünc mükafatı da buraya əlavə etsək, Özbəkistan paytaxtında turnir Azərbaycan komandası üçün çox uğurlu olmuşdur.
Millimizin 3 qızıl və 1 bürünc medalla komanda hesabında yalnız Kosovo yığmasından (3 qızıl, 1 gümüş mükafat) geri qalıb ikinci yeri tutduğunu da qeyd edək. Üçüncü yerə 2 qızıl, 1 gümüş medalla Monqolustan komandası sahib olmuşdur.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

13 Noyabr 2018 21:38 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə