Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb

8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb

“Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya  Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib.

Ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb. 

Xatırladaq ki,  noyabrın 9-da  Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində  “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılmışdı.

Noyabrın 17-də  kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
                             

 

13 Noyabr 2018 15:01 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə