Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinologiya Mərkəzi (REM) və Azərbaycan Diabet Liqasının (ADL) birgə əməkdaşlığı ilə Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib.

 “Diabetə birlikdə qalib gələk!” və “ Diabet və Ailə” devizi ilə keçirilən tədbiri giriş sözü ilə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə açıb. O bildirib ki, 1991-ci ildən ÜST-nin və BDF-nin təşəbbüsü ilə, eləcə də 2007-ci ildən etibarən BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, hər il 14 noyabrın Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov diabetin səhiyyə qarşısında duran əsas çağırışlardan biri olduğunu vurğulayaraq, ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb

 Tədbirin sonunda Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova “Diabet nəzarətdə, uğur irəlidə” layihəsinin video rolikini təqdim edərək, bu layihənin diabeti olan uşaqların həyatında əhəmiyyətini, ailənin bu uşaqlara müsbət təsirini vurğulayıb. Bu layihə çərçivəsində müsabiqə iştirakçıları və qaliblər mükafatlandırılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2018 11:07 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə