Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda ilk dəfə TaTME üsulu ilə əməliyyat edilib

Azərbaycanda ilk dəfə TaTME üsulu ilə əməliyyat edilib

TaTME (TransAnal Total Mesorectal Excision) əməliyyatının özəlliyi – xüsusi cihazlar vasitəsi ilə mürəkkəb rektum əməliyyatının transanal yolla icra edilməsi, əməliyyatın daha etibarlı olması və kolostomaya ehtiyacın aradan qalxmasıdır. Bu əəməliyyat düz bağırsaq cərrahiyəsinin ən müasir və inqilabi üsullarından hesab edilir.

 Bir ildən artıq davam edən hazırlıq dönəmi nəticəsində, Azərbaycanda ilk dəfə olaraq, TaTME əməliyyatı ümumi cərrah, uzman İlqar İsmayılov tərəfindən Respublika Müalicəvi Diaqnostika Mərkəzində uğurla icra olunub. 52 yaşlı xəstə TaTME üsulu sayəsində aşağı yerləşimli düz bağırsaq törəməsindən azad olunaraq funksiyaları bərpa olunub və qısa müddətdə evə göndərilib.

 Düz Bağırsaq törəmələrinin müalicəsində, orqan funksiyalarının qorunmasında üstünlükləri əvəzedilməz olan TaTME üsulunun tətbiqi üçün xüsusi avadanlıq və təcrübə tələb olunur və əməliyyat olunan insana xəstəliksiz və yüksək keyfiyyətli həyat şansı verir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2018 11:04 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə