Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görmə məhdudiyyəti olanlar üçün humanitar aksiya

Görmə məhdudiyyəti olanlar üçün humanitar aksiya

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) avtomobil səyyar klinikası Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətində  tibbi aksiya və seminar keçirəcək.

Mərkəzin səyyar klinikasının həkim heyəti görmə imkanları məhdud olan insanlara tibbi xidmət göstərəcək. Əvvəlcə göz xəstəliklərinə qarşı profilaktik tədbirlərin görülməsi haqqında seminar keçiriləcək. Seminarda məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklərə qarşı mübarizə yollarını göstərməkdir.

Humanitar aksiyada məqsəd operativ şəkildə pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. 

Qeyd edək ki. MOM-nin səyyar klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. 2005-ci ildən səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində  aksiyalar keçirib. Mərkəzin səyyar klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı fəaliyyətə başlayıb. Bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirilir. Bu aksiya da bu tədbirlər çərçivəsində reallaşdırılır.

Hazırda dünyada 7 milyard insandan 300 milyon nəfəri müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə görmədən əziyyət çəkir. Bu rəqəm hər il 45 min nəfərdən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2018 11:03 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə