Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı 15-ci Avropa olimpiya festivalına hazırdır

İspaniyanın Marbella şəhərində Avropa olimpiya komitəsinin sayca 47-ci iclası öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, ölkəmizi tədbirdə gənclər və idman naziri Azad Rəhimov təmsil edir. O, toplantıda Bakı şəhərinin gələn ilin 20--28 iyulunda ev sahibliyi edəcəyi Avropa olimpiya gənclər festivalına hazırlıqlarını əks etdirən təqdimat ilə çıxış edib.

O,  3600 idmançının qatılacağı yarışlar üçün İdmançılar kəndində 6 bina nəzərdə tutulduğunu bildirib. Ümumilikdə, 10 (atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis, voleybol) idman növündə mübarizə aparılacağını qeyd edən nazir, yarışların 12 idman arenasında keçiriləcəyini diqqətə çatdırıb. 

A.Rəhimov yarışlara 50 Avropa ölkəsinin qatılcağını bildirərək,  48 ölkənin nümayəndə heyətinin rəhbərlərinin (Shef de Mission) bu gün üçün iştiraklarına təsdiq verdiklərini vurğulayıb.

İdman yarışlarının ayrılmaz qüvvəsi sayılan könüllülər haqqında da danışan nazir, 2500 nəfərin yarışlara cəlb olunacağını bildirib.

Açılış mərasimi  2019-cu il iyulun 21-də Crystal Hall-da olacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2018 10:51 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə