Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Tərəqqi” medalı ilə

 

Abdullayev Akif Hacı oğlu
Feyzullayev Tural Hicrət oğlu
İsayev İdris Balakişi oğlu
Qasımlı Vüsal Əfras oğlu
Məmmədov Sahib Əli oğlu
Lətifov Ragim Əhəd oğlu 
Rüstəmli Elsevər Mövlud oğlu
Vəliyev İlkin Etibar oğlu 
Vəliyev Sərvər Yaqub oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Qədirov Ayaz Tofiq oğlu
Məmmədova Fərəh Fərahim qızı
Sadıqov Rafiq Fazil oğlu
Şahbazov Famil Fariz oğlu 
Şirinov Şamil Vidadi oğlu.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  12 noyabr 2018-ci il

 

12 Noyabr 2018 22:26 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə