Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İmpreza”da qüsurlar aşkarlanıb

“İmpreza”da qüsurlar aşkarlanıb

“Subaru” şirkəti dünya bazarında satılmış 100 mindən artıq avtomobilini geri çağırıb. Məlumata görə, qərar əyləc sistemində qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumata görə, geri çağırılma bu il istehsal edilən “İmpreza” modellərinə şamil olunur. Bildirilir ki, həmin avtomobillər konveyerdən çıxarkən mütəxəssislərin səhlənkarlğı üzündən yoxlamadan keçirilməyib.
Qeyd edək ki, bununla da 2018-ci ildə geri çağırılan “Subaru” avtomobillərinin sayı 500 minə çatıb.
Məlumatı “Auto.tut.by” yayıb.

Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

12 Noyabr 2018 21:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin