Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dendrologiya İnstitutunun əməkdaşları Dövlət Qoruğunda ekspedisiyada olublar

Dendrologiya İnstitutunun əməkdaşları Dövlət Qoruğunda ekspedisiyada olublar

AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları “Azərbaycan dendroflorası” kitabının IV-V cildlərinin hazırlanması məqsədilə Eldar Şamı Dövlət Təbiət Qoruğunda ekspedisiyada olublar.

www.science.gov.az saytı yazır ki, alimlər qoruğun Elmi Tədqiqat Mərkəzində peyk və video çəkilişləri edərək, ərazinin təbii dendroflorasının müasir vəziyyətini, nadir və nəsli kəsilməkdə olan növlərini, o cümlədən onların areallarını dəqiqləşdiriblər.

Ekspedisiya zamanı 24 bitki növündən 70 herbari və 12 növ toxum nümunəsi toplanaraq fonda əlavə edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Noyabr 2018 18:18 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin