Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə təhsili sahəsində həyata keçirilən layihələrin icrasına dair tədbir

Peşə təhsili sahəsində həyata keçirilən layihələrin icrasına dair tədbir

Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda peşə təhsili və təliminin  modernləşdirilməsinə Avropa İttifaqının dəstəyi: peşə təhsili müəssisələrinin inkişaf  qrantları ilə bağlı təcrübələrin bölüşdürülməsi” mövzusunda seminar  keçirilib.

Tədbirin məqsədi Aİ-nin Azərbaycan üzrə “İllik Fəaliyyət Proqramı-2014” çərçivəsində peşə təhsili sahəsində həyata keçirilən layihələrin ilkin nəticələrinin müzakirə edilməsi, gələcək layihələrə dair tövsiyələrin hazırlanması olub. 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, bir sıra peşə təhsili müəssisələrinin rəhbərləri, həyata keçirilən layihələrin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu istiqamətdə görülən işlər, həyata keçirilən beynəlxalq layihələr və əldə olunan uğurlar barədə ətraflı məlumat verib. Nazir müavini peşə təhsilinin inkişafı istiqamətində layihələrin icrasının uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. 

Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas icra olunan layihələr çərçivəsində görülən işlərdən, qarşıya qoyulan məqsədlərdən və gözləntilərdən danışıb.

4 sessiyadan ibarət olan tədbir panel müzakirələrlə davam edib. Müzakirələrdə Aİ tərəfindən maliyyələşdirilən və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrin nümayəndələri özəl sektorla əməkdaşlıq, kurikulum hazırlanması, müəllimlərin təlimi, peşə məktəblərinin idarə olunması və digər mövzulara dair təqdimatlarla çıxış ediblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Noyabr 2018 18:03 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə