Ən son xəbərlər

Son buraxılış
Arxiv

Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq

Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq

Noyabrın 15-i saat 12:00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunacaq. science.gov.az saytı yazır ki, mərasimdə görkəmli dövlət və elm xadimləri, səfirliklərin, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmlənməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verib.

Fəaliyyət göstərdiyi 80 il ərzində bu müəssisədə üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qaz əmələgəlmə ocaqlarının zaman və məkanda rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza hallarının qiymətləndirilməsi, Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi və onların istifadəsi üçün ilkin obyektlərin ayrılması kimi mühüm nailiyyətlər əldə olunub. Həmçinin, Azərbaycan geologiya elminin korifeyləri tərəfindən elmi məktəblər yaradılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Noyabr 2018 18:00 - CƏMİYYƏT
CƏMİYYƏT
12 Dekabr 2018 | 17:23
Tovuzda anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin