Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlverişsiz və soyuq hava şəraiti noyabrın 15-dək davam edəcək

Əlverişsiz və soyuq hava şəraiti noyabrın 15-dək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək  hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə olunub. Hazırda intensiv və güclü yağış davam edir.

Düşən yağıntının miqdarı Naxçıvan MR-da 2-3, Böyük Qafqazda 1-14, Lənkəran-Astara zonasında  1-25, Mərkəzi-Aran rayonlarında 1-18, Bakıda və Abşeron yarımadasında:  Ələtdə 11, BDU-da 10, Pirallahıda 8, Bakıda 5, Binə, Zabratda 4, Maştağada 3, Bayıl yamacında 2, Sumqayıtda 0.7 mm olub.

Əlverişsiz hava şəraiti noyabrın 15-dək davam edəcək.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
 

12 Noyabr 2018 16:59 - EKOLOGİYA
EKOLOGİYA
2 Dekabr 2019 | 17:04
Bəzi yerlərə qar yağıb

Köhnə versiyamızdan xəbərləri izlə