Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempion fərqi azaldır

“Sabah” – “Səbail” – 0:4, “Neftçi” – “Zirə” – 2:2, “Qəbələ” – “Qarabağ” – 1:3, “Sumqayıt” – “Keşlə” – 1:4.

Topaz Premyer Liqasının 11-ci  turunda qeydə  alınmış bu  nəticələrdən sonra  çempion “Qarabağ” lider “Neftçi” ilə öz  arasındakı  xal  fərqini bir  qədər azaltmışdır. İndi paytaxt  klubunun 26, Ağdam komandasının  isə 23 xalı  var. “Səbail” də öz növbəsində  xal  ehtiyatını 20-yə  çatdırıb üçüncü pillədə mövqeyini  möhkəmləndirmişdir.

Çempionatda 12-cu  turun  görüşləri noyabrın 24-25-də  keçiriləcəkdir: “Keşlə”– “Qəbələ”, “Qarabağ”–“Sabah”, “Səbail”– “Neftçi”, “Zirə” – “Sumqayıt”.

 

“Xalq qəzeti”

12 Noyabr 2018 16:51 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə