Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni platformanın tikintisində yerli infrastruktur və işçi qüvvəsindən istifadə ediləcək

Yeni platformanın tikintisində yerli infrastruktur və işçi qüvvəsindən istifadə ediləcək

“Yeni əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) müqavilə ərazisində daha bir platformanın quraşdırılması nəzərdə tutulur. Qurğu keçən ilin sentyabr ayında AÇG üzrə imzalanmış yeni sazişin – “Yeni əsrin müqaviləsi”nin həyata keçirilməsinə xidmət edəcək.

Xəzərdə “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında, mərkəzi nöqtədə yerləşəcək yeni qurğu “Mərkəzi Şərqi Azəri” platforması adlanacaq. Xəzərin Azərbaycan sektorundakı digər platformalar kimi, bu qurğu da yerli infrastrukturdan və işçi qüvvəsindən istifadə edilməklə tikiləcək. Əsas inşaat meydançaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun və Bibiheybətdəki ATA (“AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsinin ərazisində olacaq.

“Mərkəzi Şərqi Azəri”nin inşasına da əsasən yerli sakinlər cəlb ediləcək. Onların əksəriyyəti sözügedən istehsalat sahələrinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinləri olacaq. Layihənin tikinti mərhələsinin ən qaynar çağında - bu dövrün 2021-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir - yerli işçi qüvvəsinin sayının 3700 nəfərə çatacağı nəzərdə tutulur.

Xatırladaq ki, bundan əvvəlki layihələrdə də məhz həmin təcrübədən istifadə edilib. Məsələn, artıq istismarda olan "Şahdəniz-2” layihəsi ilə bağlı işlərdə 20 min nəfərə yaxın insan çalışıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

12 Noyabr 2018 16:37 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin