Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fermerlərin mineral gübrələrə tələbatına xüsusi diqqət yetirilir

Fermerlərin mineral gübrələrə tələbatına xüsusi diqqət yetirilir

Son illərdə qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafı, iri taxılçılıq təsərrüfatlarının, aqroparkların yaradılması, ehtiyatda olan torpaq sahələrinin dövriyyəyə qaytarılması, tütünçülük, baramaçılıq, çəltikçilik, üzümçülük və digər  sahələrin inkişafına dair Dövlət proqramlarının icrası ilə bağlı fermerlərin mineral gübrələrə tələbatı da artıb. Bu tələbatı nəzərə alaraq, “Aqrolizinq” ASC tərəfindən cari ildə 178 min ton gübrə, o cümlədən 120 min ton ammonium nitrat (azot), 20 min ton nitroammofoska, 30 min ton ammofos, 4 min ton karbamid, 2 min ton ammonium sulfat, 2 min ton kalium sulfat gübrələrinin alınması üçün müqavilələr bağlanıb və 138,9 min ton mineral gübrələrin ölkəyə gətirilməsi təmin olunub.

Bu ilin müvafiq dövründə “Aqrolizinq” ASC tərəfindən 126 min ton, o cümlədən 66,5 min ton ammonium nitrat (azot), 21,9 min ton nitroammofoska, 25,6 min ton ammofos, 10,1min ton karbamid, 0,06 min ton kalium sulfat, 1,4 min ton ammonium sulfat, 0,5 min ton superfosfat gübrələrinin güzəştli satışı həyata keçirilib. 2016-cı ildə 26 milyon manat dəyərində 73 min ton, 2017-ci ildə 44,4 milyon manat dəyərində 65,5 min ton mineral gübrələrin alınması üçün müqavilələr bağlandığı halda, 2018-ci ildə 109 milyon manat dəyərində 178 min ton müxtəlif növ mineral gübrələrin alınması üçün müqavilələr bağlanıb. “Aqrolizinq”in xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı istehsalçılarının təminatı xeyli yaxşılaşıb, aqrotexniki xidmətin dairəsi genişlənib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

12 Noyabr 2018 16:32 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə