• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ASAN xidmət”in “Çağrı” mərkəzinin yeni ofisinin açılışı olub

“ASAN xidmət”in “Çağrı” mərkəzinin yeni ofisinin açılışı olub

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin yeni inzibati ofisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, 2013-cü il fevralın 1-dən fəaliyyətə başlayan “Çağrı” mərkəzi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir.
İki min kvadratmetrə yaxın sahəni əhatə edən yeni “Çağrı” mərkəzi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 157 ünvanında yerləşir. Mərkəzdə iki xidmət zalı, səkkiz işçi, bir müdir otağı, təlim və iclas otaqları, server və istirahət otağı, mətbəx mövcuddur. Mərkəz səsboğucu funksiyaları nəzərə alınmaqla masalar, kompüterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı olan məlumat bazası və digər müasir texniki avadanlıqlarla təchiz olunub. Xidmətdə ən son yeniliklər tətbiq olunub, geniş imkanları olan Cisco UCCE telefoniya sistemindən istifadə edilir. Xidmət zallarında ümumi olaraq yüz əməkdaşın fəaliyyəti nəzərdə tutulub.
Qeyd edək ki, bu günə qədər, ümumilikdə, 2 milyon 500 minə yaxın müraciət qəbul olunub. Hazırda 108 “Çağrı” mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək həyata keçirilir. Eyni zamanda, bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir. Respublikanın istənilən regionundan stasionar telefonlardan “108” nömrəsini yığmaqla “Çağrı” mərkəzinin xidmətlərindən ödənişsiz yararlanmaq mümkündür.

 

10 2018 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin