Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

21 illik əziyyətə son

21 illik əziyyətə son

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il öncə səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub. Klinikanın Torakal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev deyir ki, xəstədə anadangəlmə ön divar aralığında (ürəklə ağciyərlər arasında) törəmə olub.

“Xəstə indi 27 yaşındadır. 5- 6 yaşından davamlı öskürək, boğulma, davamlı yüksək temperaturdan, döş qəfəsində şiddətli ağrılar şikayətləri ilə müxtəlif xəstəxanalarda uzun müddətli müalicələr almışdır. Lakin  əlbəttə, həmin illər Azərbaycanda səhiyyənin səviyyəsi indiki ilə müqaisədə yüksək deyildi və ona görə xəstəyə səhv diaqnoz qoyulub. Xəstə davamlı olaraq vərəm, astma, pnevmaniyadan və s. kimi xəstəliklərdən müalicə alıb”.

Cərrahın sözlərinə görə, xəstə klinikaya müraciət etdikdə  davamlı bəlğəmli öskürürək, ara-sıra temperaturun yüksəlməsindən, təngnəfəslikdən şikayət edib: “Biz gəncin əlindəki müayinə nəticələrinə nəzər saldıq, yeni müayinələr də apardıq. Nəticədə ön divar aralığı dediyimiz bölgəsində törəmə olduğu aşkarlandı. Bu, anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirilib. Törəmənin xoşxassəli olduğu təsdiqləndi”.

Məlum olub ki, bu törəmə 21 il öncə irinləyərək ağciyərə yol açıb. Bu illər ərzində törəmə fasiləsiz olaraq irinləyib, iki orqan arasında yaranmış yoldan bu irin ağciyərə tökülüb. Ona görə də həkimlər bunu ağciyər problemi kimi qəbul ediblər.

Arif Ağayev bildirir ki, uzun sürən müayinələrdən sonra xəstənin törəməsi əməliyyat edilib çıxarıldı. Və irinlənmiş ağciyərin irinli və öz fəaliyyətini itirmiş 2 payı çıxarıldı. Əməliyyat 8 saat yarım davam etdi və uğurla nəticələndi”.

Universitetin mətbuat xitmətindən bildiriblər ki, həkim əməliyyatdan sonra xəstənin vəziyyəti normal olduğunu, kontrol müayinələrə gəldiyini və hər hansı şikayətinin qeyd olunmadığını deyib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Noyabr 2018 11:27 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə