Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il əlillik təyin olunanların sayında azalma qeyd olunur

Bu il əlillik təyin olunanların sayında azalma qeyd olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi, yanlış əlillik təyinatlarının qarşısının alınması istiqamətində aparılan işlər ilkin əlillik təyin olunanların sayında azalmaya səbəb olub.

2018-ci ilin 9 ayı ərzində əlillik təyin olunanların sayında ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz azalma qeydə alınıb.

Cari ilin III rübündə əlillik təyinatlarının sayı öncəki rüblərlə müqayisədə daha da azalıb. Belə ki, həmin dövrdə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq (SİMU) hesab edilənlərin sayı bu ilin birinci rübünə nisbətən 61,3 faiz, ikinci rübünə nisbətən 20 faiz azalıb. Eyni zamanda I qrup əlillərin sayı III rübdə I rübə nisbətən 75,84 faiz azalıb. II qrup əlillərin sayında  azalma 62,27 faiz , III qruplarda isə bu rəqəm 61,32 faiz olub.

Qeyd edək ki, cari ilin may ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq İşçi Qrupu ilə birgə işlər aparılmaqla, risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır və əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əlilliyin qiymətləndirilməsi üçün müraciət sisteminin sadələşdirilməsi, mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə imkan yaradan boşluqların aradan qaldırılması, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi istiqamətində nazirlik müvafiq işləri aparmaqdadır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Noyabr 2018 11:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə