Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan parlamentinin sədri və Tacikistan Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan parlamentinin sədri və Tacikistan Prezidenti birgə işçi nahar ediblər

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da birgə işçi nahar ediblər.
Söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. 
Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulandı. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edildi.
AZƏRTAC

10 2018 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin