Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sportinq”lə oyunu xüsusi maraqla gözləyək...

UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin 4-cü turunda Poltavada “Vorskla” ilə görüşdə Araz Abdullayevin penalti ilə vurduğu və oyunun taleyini həll edən yeğanə qol Azərbaycan çempionu “Qarabağ”a ardıcıl üç məğlubiyyətdən sonra nəhayət, qələbə sevinci yaşatmışdır. Ağdam komandası yenə “E” qrupunun turnir cədvəlində sonuncu pillədə olsa da, hər halda, finişə ikinci çatmaq üçün nəzəri imkanları özündə saxlayır. 
 Bu isə o deməkdir ki, ilk müvəffəqiyyətdən ruhlanan “Qarabağ” son anadək var qüvvə ilə mübarizə aparıb qalan iki oyundan mümkün qədər çox fayda götürməyə çalışmalıdır.
Qurban Qurbanovun yetirmələrinin Ukraynada qələbə qazandığı axşam “Sportinq” də Londonda “Arsenal”a layiqli müqavimət göstərməyi bacarmışdır – 0:0.
İndi qrup turnirinin son iki turu qarşısında pley-off mərhələsinə iki vəsiqədən birini artıq özünə təmin etmiş İngitərə təmsilçisinin 10 xalı var. Portuqaliya klubu 7, “Vorskla” və “Qarabağ” isə 3 xal toplamışlar.
Qrupda 5-ci turun oyunları noyabrın 29-da keçiriləcəkdir. Həmin gün ölkə çempionumuz Bakı Olimpiya Stadionunda “Sportinq”ə qalib gəlib onunla öz arasındakı xal fərqini minimuma endirməyə çalışacaq, turnir perspektivləri baxımından “Qarabağ”la eyni vəziyyətdə olan Poltava klubu isə “Arsenal”ı qəbul edəcəkdir.
Azərbaycan və Ukrayna komandalarının bu oyunlarda qələbələri təqdirində təqvimdə dekabrın 14-nə təyin edilmiş sonuncu turda “Arsenal” – “Qarabağ” və “Sportinq” – “Vorskla” görüşlərinin əhəmiyyəti daha da artacaq. Ona görə də əfsanəvi Eysebionun davamçıları ilə oyunu xüsusi maraqla gözləyək...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

10 Noyabr 2018 22:27 - İDMAN
İDMAN
4 İyun 2020 | 22:54
PSJ Belyerinlə maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə