• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiran Vyas: Azərbaycan bütün çətinliklərin öhdəsindən məharətlə gəlir

Kiran Vyas: Azərbaycan bütün çətinliklərin öhdəsindən məharətlə gəlir

Bunu “Report.az” saytının Qərbi Avropa bürosuna açıqlamasında “Ayurveda” Avropa Konsorsiumunun prezidenti, Tapovan Açıq Universitetinin təsisçisi və direktoru Kiran Vyas bildirib. 
O deyib ki, Azərbaycan sivilizasiyası əslən olduğum Hindistanla yaşadığım Fransa arasında, yəni Şərqlə Qərb ölkələrinin qovşağında yerləşir. Azərbaycan musiqisi mənə çox doğma olan hind musiqisini xatırladır. Bizim musiqi alətlərimiz bir-birinə çox bənzəyir. Musiqi xalqın özünü ifadəetmə üsuludur. Bayramları musiqi ilə qeyd etmək adəti Azərbaycanda və Hindistanda, demək olar ki, eynidir. Mən Hindistanda doğulub Fransada yaşadığıma görə, beləliklə, həyat tərzimdə,vərdişlərində həm Şərq, həm də Qərb mədəniyyəti öz izlərini qoyub. Asiya və Avropanın qovşağında yerləşən Azərbaycan mədəniyyəti də Şərqlə Qərbin sintezi olduğundan mənə çox doğmadır.
Kiran Vyas qeyd edib ki, ölkə yenidən dirçəldikdə, xüsusilə müxtəlif siyasi cərəyanların tabeçiliyindən qurtulduqda nə qədər qədim mədəniyyətə malik olsa belə, kökünə qayıdış elə də asan başa gəlmir. Ümumiyyətlə, kökünə qayıdış və müasirləşməni bir araya gətirmək isə daha mürəkkəb yoldur. Müasirləşmək heç də Qərbi təkrar etmək demək deyil. Azərbaycan çətin yoldadır və bunun da öhdəsindən məharətlə gəlir. Azərbaycana təkrar səfər edib bu zəngin sivilizasiya ilə daha yaxından tanış olmaq arzusundayam.

Hazırladı: 
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

8 Noyabr 2018 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin