• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın əldə etdiyi uğurların təməlində xalq-iqtidar birliyi dayanır

Azərbaycanın əldə etdiyi uğurların təməlində xalq-iqtidar birliyi dayanır

Son 15 ildə Azərbaycanda sosial-iqtisadi sahələrdə böyük uğurlar əldə edilib. Abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində müsbət nəticələrə nail olunub. Aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənib. Beləliklə, yeni islahatlar kursu inkişafın davamlılığını reallaşdırıb. 
Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən qurumların diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business 2019” hesabatı da bu baxımdan diqqət çəkir. 
Xatırladım ki, 2018-ci il oktyabr ayının 31-də Dünya Bankı tərəfindən yayımlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu isə bir daha təsdiq edir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Eyni zamanda, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib, nəticədə ölkədə maliyyə sabitliyi və iqtisadi artım qorunub saxlanılıb, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. 
“Doing Business 2019” hesabatı, həmçinin Azərbaycanın artıq iqtisadi cəhətdən azad ölkə olduğunu təsdiqləyir. Respublikada əlverişli biznes, investisiya mühitinin mövcudluğu da bu faktın bariz ifadəsidir. Burada mühüm bir məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, hökumət bu gün vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. 
Bir sözlə, qeyd edilənlər onu göstərir ki, Azərbaycan sürətli inkişaf yolundadır. Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.
Onu da vurğulayım ki, həyata keçirilən innovativ islahatlarla daxili inkişafını yüksək səviyyədə təmin edən, beynəlxalq aləmdə nüfuzunu daha da artıran Azərbaycan hazırda dünya miqyasında uğurlu model kimi təqdim edilir. Qarşıya qoyulan vəzifələr keyfiyyətlə və vaxtında icra olunur. Təbii ki, ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik isə bu dinamik inkişafı şərtləndirir. 

 

İnayət HÜSEYNOV,
iqtisad elmləri üzrə
fəlsəfə doktoru

8 Noyabr 2018 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin