• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda hakimiyyət uğrunda mübarizə insan haqlarının pozulmasını adi hala çevirib

Ermənistanda hakimiyyət uğrunda mübarizə insan haqlarının pozulmasını adi hala çevirib

Xəbər verildiyi kimi, dekabrın 9-da işğalçı ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə qonşu ölkənin prezidenti Armen Sarkisyan müvafiq fərman imzalayıb. Etiraz aksiyaları dalğasında hakimiyyətə gəlmiş keçmiş baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək niyyəti ölkədə növbəti siyasi böhran yaradıb.
Ermənistan Konstitusiyasına əsasən, Nazirlər Kabinetinin başçısı istefaya getdikdən sonra deputatlar iki iclasda yeni baş naziri seçə bilməyəcəyi təqdirdə, parlament buraxılmalıdır. Bununla da parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün formal əsas yaranıb. Lakin hadisələr heç də N.Paşinyanın düşündüyü şəkildə davam etmir. Ona görə də siyasi böhran getdikcə dərinləşir. İndi də əhali yeni hökumətə qarşı çıxır. Digər tərəfdən, Koçaryan-Sarkisyan qruplaşmasının getdikcə fəallaşması, seçkilərdə səs çoxluğu qazanmaq üçün bütün vasitələrə əl atması siyasi mübarizəni daha da gərginləşdirib. Artıq Ermənistanda insan haqlarının pozulması adi hala çevrilib.
Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən dedi:
– Hazırda Ermənistanda siyasi böhran getdikcə dərinləşir. İşğalçı ölkədə baş verən hadisələr, beynəlxalq hüquq normalarına hörmətsizlik növbədənkənar parlament seçkiləri ərəfəsində münaqişələrin daha da dərinləşəcəyindən xəbər verir. Etiraz edənlərin kütləvi hal aldığını görən Nikol Paşinyan qorxuya düşüb. İndi də “demokrat qiyafəsinə” bürünən Paşinyan, onun rəhbərlik etdiyi hökumətin guya xalqın etimadını qazandığını bildirib və bu hakimiyyətə qarşı çıxanları quldur adlandırıb. Halbuki, əhali yeni baş nazirin onların etibarını doğrultmadığını bildirir və bu şəxsin hakimiyyətə gələn gündən səhv qərarlar verməklə məşğul olduğunu deyir. Nikol Paşinyan “meydan qəhrəmanı”na çevriləndə indiki prezident Armen Sarkisyanın Ermənistan vətəndaşlığına şübhə ilə yanaşırdı və Britaniya vətəndaşlığından çıxmasına dair sənədlərini ictimaiyyətə göstərməyi tələb edirdi. Baş nazir seçildikdən sonra isə onunla görüşən kimi, fikrini dəyişdi. Paşinyan parlamentdə bəyan etdi ki, Armen Sarkisyanın vətəndaşlığı ilə bağlı sənədlər qaydasındadır və bunu öz gözləri ilə görüb. Sual yaranır: Armen Sarkisyan nəyə görə bu sənədləri təkcə Paşinyana göstərib?
Deputat bildirdi ki, Paşinyanın sözünü tez-tez dəyişməsi adi hala çevrilib. O, səhər bir şey deyir, günorta başqa məsələdən danışır, axşam isə dediklərini təkzib edərək tamam başqa fikir səsləndirir: “Ölkədə yaranmış hakimiyyətsizlik, birincilik davası insan hüquqlarının müdafiəsini tamamilə unutdurub. Bunu beynəlxalq təşkilatların nümayəndələri də etiraf edirlər. Ermənistanda insan haqlarının pozulması artıq adi hala çevrilib. Bu ölkədə hələ də sistemli korrupsiya və hakimiyyət strukturlarında şəffaflığın çatışmaması, eləcə də məhkəmə hakimiyyətinin müstəqilliyinin məhdudlaşdırılması əsas problemlərdən biridir. Ermənistan silahlı qüvvələrində şübhəli ölümlərin tez-tez baş verməsi, səlahiyyətdən sui-istifadə, əsgərlərlə sərt davranış da insan haqlarının pozulması kimi ciddi problemlər mövcuddur. Yerli kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə polisin etirafedici ifadələr almaq üçün işgəncə tətbiq etməsi, vətəndaşların həbs və sorğu-sual zamanı fiziki təzyiqlərə məruz qalması Paşinyan hakimiyyəti dövründə də davam etdirilir. Həbsxanaların çoxu tamamilə doludur və antisanitariya vəziyyəti baş alıb gedir. Bu fakt beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistanda hakimiyyət davası insan haqlarının müdafiəsini kölgədə qoyub. Ölkədə vətəndaşların etirazlarını işıqlandıran jurnalistlərə qarşı zorakılıq faktları da qeydə alınıb”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin