• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət sərhədində narkotik qaçaqmalçılığının qarşısı alınmışdır

Dövlət sərhədində narkotik qaçaqmalçılığının qarşısı alınmışdır

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirlir. 
2018-ci ilin 6 noyabr tarixində saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilmiş, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülmüşdür. 
Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf etmişdir. 
DSX-nin mətbuat mərkəzi bildirir ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Xalq qəzeti”

8 Noyabr 2018 22:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin