Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhriyar Məmmədyarov Kəlküttə turnirində

Şəhriyar Məmmədyarov Kəlküttə turnirində

Dünən Hindistanın Kəlküttə şəhərində Tata Steel Chess İndia beynəlxalq şahmat turnirinə start verilmişdir. Yarış iştirakçıları sürətli şahmatın rapid və blits növlərində mübarizə aparırlar.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da dəvət olunduğu turnirdə, həmçinin Vişvanatan Anand (Hindistan), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Sergey Karyakin (Rusiya), Levon Aronyan (Ermənistan) və daha dörd şahmatçı çıxış edir.
Rapid turniri (9-11 noyabr) bir dövrədən ibarətdir. Blits görüşlərinin qalibləri isə noyabrın 13-14-də müəyyənləşəcək.
Bu yarış barədə e3e5 saytının məlumatında, həmçinin bildirilir ki, rapid turnirində birinci mükafat 10 min, blitsdə isə 7500 dollar məbləğindədir.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 

8 Noyabr 2018 22:32 - İDMAN
İDMAN
20 Sentyabr 2019 | 11:23
UEFA-nın yeni reytinqi
18 Sentyabr 2019 | 10:08
Yay transferlərində yeni rekord
16 Sentyabr 2019 | 23:05
La Liqa tarixində ilk
15 Sentyabr 2019 | 10:58
Klopp birincidir

Köhnə versiyamızdan xəbərləri izlə