• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər Almaniyada da dinc dayanmırlar

Ermənilər Almaniyada da dinc dayanmırlar

Almaniyanın ictimai MDR televiziyası və “Der Spiegel” jurnalı əməkdaşlarının birgə apardıqları araşdırmalardan məlum olub ki, bu ölkədə fəaliyyət göstərən erməni mafiyası geniş cinayət şəbəkəsi yaradaraq, qeyri-qanuni “işlərlə” – Almaniyanın əksər şəhər və qəsəbələrində kazino avtomatlarının manipulyasiyası, mütəşəkkil şəkildə oğurluq, soyğunçuluq, siqaret qaçaqmalçılığı, miqrantların ödəniş müqabilində Almaniyaya gətirilməsi ilə məşğul olur. 
Cinayətkar dəstələrin həm öz qazandıqları, həm də xaricdən köçürmə yolu ilə əldə etdikləri “çirkli” pulları Almaniya və Qərbi Avropada daşınmaz əmlaka yatırım etməklə “yuduqları” iddia olunur. Almaniyada qanuni əsaslarla yaşaya bilmək üçün əksər cinayətkarların yerli qadınlarla yalançı nikaha daxil olduğu qeyd edilir.
Bu məlumatlar Almaniyada olduğu kimi, Azərbaycanda da böyük maraq doğurur. Bu barədə söz düşəndə Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun rəhbəri Sərraf Orucov dedi: 
– Məndə olan məlumatlara görə, almaniyalı jurnalistlərin apardıqları araşdırmalar nəticəsində Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın bu ölkədəki cinayətkar qruplaşmalarla sıx əlaqələrinin olması üzə çıxmışdır. Məlum olmuşdur ki, hələ səfirlikdə adi əməkdaş olduğu 2008-ci ildə Aşot Almaniyaya qeyri-qanuni miqrantların gətirilməsində fəal işttirak edib. Yeri gəlmişkən, A. Smbatyanın Yerevanın kriminal dairələri ilə sıx əlaqələri var. Onun hətta gələcək diplomatın Ermənistanın cinayət aləmində “qanuni oğru” kimi ad çıxardığı da məlumdur. 
Araşdırmada adı hallanan şəxslərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Bundestaqın deputatı və erməni lobbi təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vaylerdir. Bu həmin Vaylerdir ki, Almaniya Kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibinə daxil olmağa çalışırdı. Azərbaycan tərəfindən onun ölkəmizə səfərinə icazə verilmədi. Hazırda həmin şəxsin adı Almaniyada həbs olunan erməni mafiyası ilə əlaqələrdə hallanır. 
Ümid edirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Almaniya vətəndaşlarının erməni mafiyası ilə əlaqələri həmin ölkənin təkcə mediası deyil, həmçinin xüsusi xidmət orqanları tərəfindən də köklü surətdə araşdırılacaqdır.
Mən Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı olmuşam. Üçüncü qrup Qarabağ müharibəsi əliliyəm. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri öz gözlərimlə şahidi olmuşam. Ermənilər işğal etdikləri əraziləri beynəlxalq narkobiznesin mərkəzinə çeviriblər. 
Təsadüfi deyil ki, Ermənistan mafiyası bu gün Avropanın aparıcı ölkələrində, o cümlədən Almaniyada ağır cinayət əməlləri ilə məşğul olaraq bu dövlətlərin təhlükəsizliyini təhdid edir. 

Söhbəti yazdı: 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

 

8 Noyabr 2018 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin