• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya Camal Qaşıqçının qətlini obyektiv araşdırmağa çağırıb

Avstriya Camal Qaşıqçının qətlini obyektiv araşdırmağa çağırıb

Avstriyanın xarici işlər və inteqrasiya naziri Karin Knaysl Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı insidentin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib.  Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Xanım K.Knaysl Vyanada sloveniyalı həmkarı Miraslav Tserarla  görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında qeyd edib ki, Avstriya və Avropa İttifaqı səudiyyəli jurnalistin ölümü hadisəsinin hərtərəfli, etibarlı və obyektiv araşdırılmasını tələb edir. 
Xatırladaq ki, bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna sənəd almaq üçün daxil olan “The Waşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının bir daha binadan çıxdığını görən olmayıb, bir müddət sonra isə onun burada amansızcasına qətlə yetirildiyi məlum olub. Rəsmi Ankara hesab edir ki, məşhur jurnalistin qətli əvvəldən planlaşdırılaraq qərəzli şəkildə baş verib və bu dəhşətli cinayəti törədənlər Türkiyə ərazisində mühakimə olunmalıdırlar. 
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanında jurnalistin qətli ilə bağlı artıq 18 nəfər həbs olunub. Lakin rəsmi ər-Riyad həmin şübhəli şəxslərin Türkiyədə mühakimə olunmasına etiraz edir. 
Qeyd etmək lazımdır ki, C.Qaşıqçının qətli beynəlxaql ictimaiyyətdə kəskin əks-səda doğurub. Hamını, ilk növbədə qətlin kim tərəfindən sifariş olunması narahat edir. Mərhumun övladları atalarının cəsədini tələb edirlər. Lakin cəsədin harada olduğu məlum seyil. Hələlik bu və digər suallar açıq qalır.  
Bu arada ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı gələn həftə Konqresdə müzakirələr aparacağını bildirib. Dövlət başçısı bəyan edib ki, insidentin araşdırılması ilə əlaqədar Ağ ev hazırda Türkiyə və Səudiyyə Ərəbsitanının rəsmiləri ilə sıx əlaqə saxlayır.  

M.HACIXANLI,
“Xalq qəzeti” 

8 Noyabr 2018 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin