• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti aralıq seçkilərin nəticəsindən razı qalıb

ABŞ Prezidenti aralıq seçkilərin nəticəsindən razı qalıb

ABŞ-da aralıq seçkilər başa çatdıqdan sonra onun ilkin nəticələri ilə bağlı müzakirələr aparılmaqdadır. Konqresin Nümayəndələr Palatasında demokratların daha çox yerə sahib olması analitiklər tərəfindən Prezident Donald Trampın gələcəkdə təşəbbüslərini həyata keçirməkdə çətinliklə qarşılaşacağı kimi qiymətləndirilir. Məlumatı “Lenta.ru” yayıb. 
Məlumata görə, prezidentin təmsil olunduğu Respublikaçılar Partiyası Senatda səslərin çoxunu qazansa da, demokratlar parlamentin aşağı palatasında ona imkan verməyəcəklərini vəd edirlər. Tezliklə Nümayəndələr Palatası komitələrindən birinin sədri olacağı gözlənilən demokrat konqresmen Cerol Nadler deyib: “O, indi başa düşəcək ki, qanunlardan üstün deyil”. 
Yəqin ki, aşağı palatanın spikeri olacaq Nensi Pelosi isə bildirib: “Bu gün nə demokratların günüdür, nə də respublikaçıların. Bu gün konstitusiya pozuntularının bərpasına və Tramp Administrasiyası siyasətinin tənqidinə həsr olunub”. 
Prezident Tramp özü isə seçkilərin nəticəsindən razı qalıb, onu qələbə hesab edib və bu barədə öz twitter səhifəsində  yazıb: “Bu axşam möhtəşəm qələbə qazandıq. Hamıya təşəkkür!” O, hətta respublikaçı siyasi ekspert Ben Steyndən sitat gətirib: “Keçən 105 il ərzində yalnız 5 prezident Senatda partiya üzvlərinin sayını artıra bilib. Cənab Trampın sanki sehri var. Qəribədir, bütün KİV onun əleyhinədir, hər gün hücuma məruz qalır, amma yenə belə parlaq qələbələr qazanır”.
ABŞ-da aralıq seçkilər hər 4 ildən bir keçirilir, bu zaman Nümayəndələr Palatasının 435 üzvü, Senat üzvlərinin üçdə biri və çox sayda qubernator seçilir. Buna görə aralıq seçkilər hakimiyyətdə olan prezidentin işlədiyi müddətin yarısında keçirilir. Amma, adətən, dövlət başçısının partiyası bu seçkilər zamanı mövqelərini itirir.
Xatırladaq ki,  ilkin nəticələrə görə, respublikaçılar Senatda öz mövqelərini gücləndiriblər, onlar 153, demokratlar isə 151 yer alıb. Nümayəndələr Palatasında isə demokratlar səs çoxluğunu ələ almaq üçün saylarını 23 nəfər artırmalı idilər. Hazırda onlar əvvəllər respublikaçıların təmsil olunduğu 26 ştatda qələbə qazanıblar. Səslərin hesablanması davam edir.
Budəfəki seçkilərdə Demokratlar Partiyasından iki müsəlman qadın da Nümayəndələr Palatasına seçilib. Onlar əslən Fələstindən olan  Rəşidə Talib və əslən Somalidən olan İlhan Ömərdir.  

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

8 Noyabr 2018 22:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin