• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Senatı miqrasiya haqqında qanunu sərtləşdirir

İtaliya Senatı miqrasiya haqqında qanunu sərtləşdirir

İtaliya Senatı miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı qanun layihəsi qəbul edib. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Senatın 163 üzvü daxili işlər naziri Matteo Salvinin təqdim etdiyi sənədin lehinə, 59 üzvü əleyhinə səs verib. Qanun layihəsi İtaliyada miqrantlara sığınacaq verilməsi qaydalarının sərtləşdirilməsini nəzərdə tutur. Məlumata görə, yeni qanunu dəstəkləyənlər ölkəyə gələn miqrantların böyük qaçqın düşərgələrinin ərazisində yerləşdirilməsinin tərəfdarlarıdırlar. Sənədə əsasən, cinayət törətdikləri və ya öz vətənlərinə qısa müddətə qayıtdıqları təqdirdə miqrantlar İtaliyada sığınacaq almaq hüququndan da məhrum edilə bilərlər. Bundan əlavə, qanun qüvvəyə mindikdən sonra hökumət milli təhlükəsizlik üçün təhlükə törədən əcnəbiləri vətəndaşlıqdan çıxara biləcək. 
Qeyd edək ki, sözügedən qanun layihəsi bu ayın sonunadək parlamentin aşağı palatasında səsverməyə çıxarılacaq. Analitiklərin fikrincə, qanun layihəsi aşağı palata tərəfindən də qəbul olunacaq.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin