• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Komissiyasının sədri vəzifəsinə yeni namizəd

Avropa Komissiyasının sədri vəzifəsinə yeni namizəd

BBC-nin yaydığı məlumata görə, hazırda Avropa Komissiyasının sədr müavini vəzifəsini tutan Niderlandın sabiq xarici işlər naziri Frans Timmermans bu təşkilatın sədrliyinə öz namizədliyini irəli sürmək niyyətindədir.
Bildirilir ki, Timmermans “Sosialist və Demokratların Mütərəqqi Alyansı” fraksiyasının iclasından əvvəl bəyan edib ki, 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə Avropanı parçalamaq uğrunda çıxış edən siyasi qüvvələrin qarşısına avropalıları narahat edən məsələlərlə məşğul olduğumuzu göstərən proqramla çıxmaq lazımdır.
Timmermans gündəlikdə duran aktual məsələlər sırasında iqlim dəyişikliklərini, texnoloji tərəqqini, sosial standartların səviyyəsinin düşməsini, həmçinin onun sözlərinə görə, Avropanı parçalamaq istəyən ABŞ Prezidenti Donald Trampın yaratdığı təhlükəni göstərib.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

8 Noyabr 2018 22:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin