• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maye robot hazırlanıb

Maye robot hazırlanıb

Çin və Avstraliya alimlər qrupu müvafiq yerlərdə hərəkət edən və formasını dəyişən maye robot hazırlayıblar.

Bildirilir ki, dərc edilən videoda ilk eksperimental modeli əks olunan maye robot litium batareya ilə işləyir və ovuca yerləşir.

Bildirilir ki, ixtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Ona gərginlik isə quraşdırılmış batareya vasitəsilə ötürülür.

Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları dəqiq çatdıra bilirlər.

Gələcəkdə tədqiqatçılar ümid edir ki, qurğuların maye konstruksiyası onlara əlçatmaz yerlərə daxil olmağa imkan verir və buna görə insanları uçqunlar altından xilas edə biləcəklər.

“Maye robot”un prototipinin əsasını təşkil edən qallium elektron sxem və yarımkeçiricilərdə istifadə edilən yumşaq gümüşü materialdır.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 19:21 - TEXNİKA
TEXNİKA
8 Noyabr 2018 | 19:21
Maye robot hazırlanıb
8 Noyabr 2018 | 19:01
Ən ucuz noutbuk təqdim edilib
22 Oktyabr 2018 | 11:59
Qorbaçov Trampı tənqid etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin