• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Google” şirkəti Marsa virtual səyahət təklif edir

“Google” şirkəti Marsa virtual səyahət təklif edir

Naukatv” saytının yaydığı məlumata görə, yeni “Google Mars” layihəsi “Qırmızı planet”ə 225 kilometr məsafədə virtual səyahət etməyə imkan verir.

Mənbə yazır ki, planetin ən ətraflı xəritələrindən biri ABŞ Kosmik Agentliyinin (NASA) peyklərindən toplanan məlumatlar və Arizona Universitetinin alimlərinin birgə fəaliyyəti əsasında tərtib olunub. Xəritədə Mars səthi ilə müxtəlif rejimlər vasitəsilə tanış olmaq mümkündür. Yüksəkliklər xəritəsində planetin relyefini, onun kraterlərini və təpələrini öyrənmək olar. Spektrin görünmə sahəsi Marsın boz konturlarını göstərməklə səthə daha ətraflı baxmağa imkan verir. Bundan əlavə, Mars səthinin infraqırmızı spektrli şəkillərindən istifadə etmək olar. Burada isə planetin temperatur xəritəsi ilə tanış olmaq mümkündür.

İnterfeys “Google Maps” servisi istifadəçilərinə çox yaxşı tanışdır. Xəritə kompüter “mouse”u vasitəsilə Mars üzərində “hərəkət etməyə” imkan verir, ayrı-ayrı keçidlər isə düzənliklərə, dağ silsilələrinə, kraterlərə, dağlara, kanyonlara və qum təpələrinə aparır. Bundan başqa, pulsuz “Google Earth Pro” əlavəsi Qırmızı planet səthinin “3D” modelinə baxmağa imkan verəcək.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 19:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin