• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Çin dənizində təhlükəli manevr

Cənubi Çin dənizində təhlükəli manevr

Cənubi Çin dənizində Çinin “052C” tipli destroyeri ABŞ-ın “USS Decatur” destroyerinin 40 metrliyinədək yaxınlaşıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, Çinin döyüş gəmisinin ekipajı “USS Decatur”un marşrutunu “təhlükəli” adlandırıb və amerikalılardan hərəkət istiqamətini dəyişdirməyi tələb edib.

Buna cavab olaraq, “USS Decatur”un üzvləri gəmilərinin Cənubi Çin dənizində dinc məqsədlər üçün üzdüyünü bildirən mesaj göndərib.

ABŞ Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının nümayəndəsi Neyt Kristensen Çin tərəfinin addımının “təhlükəli və qeyri-peşəkar davranış” olduğunu deyib.

Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamada rəsmi Pekinin Cənubi Çin dənizində sərbəst hərəkət prinsiplərinə hörmət etdiyini, lakin başqa dövlətlərin Çinin təhlükəsizliyini təhdid edən addımlarına cavab verəcəyini diqqətə çatdırıb.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 19:12 - TEXNİKA
TEXNİKA
8 Noyabr 2018 | 19:21
Maye robot hazırlanıb
8 Noyabr 2018 | 19:01
Ən ucuz noutbuk təqdim edilib
22 Oktyabr 2018 | 11:59
Qorbaçov Trampı tənqid etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin