Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Samsung” elastik ekranlı smartfonun ilk prototipini nümayiş etdirib

“Samsung” elastik ekranlı smartfonun ilk prototipini nümayiş etdirib

News.ru”nun yaydığı məlumata görə,  Cənubi Koreyanın "Samsung" şirkəti elastik ekranlı ilk smartfonun prototipini nümayiş etdirib.

Bildirilir ki, prototipi nümayiş etdirən şirkət nümayəndəsi “Saamsung” tərəfindən hazırlanan və elastik ekranlı istehlak qurğularının yaradılmasına imkan verən “Infinity Flex Display” texnologiyası haqqında söhbət açıb. O, sübut kimi pencəyin cibindən kiçik kənar ekrana malik uzun düzbucaqlı qurğunu çıxararaq onu açıb və 7,3 düym diaqonallı ekranın daxilini nümayiş etdirib.

Şirkət nümayəndəsi yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumat verməsə də, smartfonun eyni anda 3 əlavəni işə salmağa imkan verməsini və "Infinity Flex Display" texnologiyasının yaxın aylarda istehsalına başlanacağını qeyd edib. Şirkətin ilk elastik smartfonu nə vaxt təqdim edəcəyi barədə məlumat verilmir. Qurğunun adı da açıqlanmır, lakin hələ iki il əvvəl yayılan şayiələrə görə, qurğu "Samsung Galaxy X" adlanacaq.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 19:06 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə