Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən ucuz noutbuk təqdim edilib

Ən ucuz noutbuk təqdim edilib

 Çinin “Xiaomi” şirkəti 15,6 düym diaqonala malik “Mi Notebook” modelini təqdim edib. Bu barədə “Rria.ru” məlumat yayıb. 

Bildirilir ki, smartfonun kütləvi satışına noyabrın 11-dən başlanılacaq.

Məlumata görə, noutbuk 15,6 düym diaqonallı modellər arasında ən ucuzu olacaq. Onun qiyməti təqribən 500 dollar təşkil edəcək. “Mi Notebook” 8-ci nəsil “Intel Core i3” prosessoru və 4 QB-lıq əməli yaddaş (32 QB-dək artırmaq mümkündür) təchiz edilib. Sərt diskin tutumu 128 QB təşkil edəcək.
 
Noutbukun korpusunun tamamilə metaldan işlənilməsinə baxmayaraq, model kifayət qədər yüngül və istifadəsi rahat olacaq.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 19:01 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə