Ən son xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalar ilə bağlı daxil olan məlumat əsasında nazirliyin əməkdaşları tərəfindən yerində monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və araşdırma aparılıb.
Araşdırma zamanı Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə atılmalar qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə