• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft Emalı Zavoduyla bağlı sənədlər məhkəməyə göndəriləcək

Neft Emalı Zavoduyla bağlı sənədlər məhkəməyə göndəriləcək

 Noyabrın 7-də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft  Emalı Zavodundan havaya tullantılarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub. Nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində  məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək. Zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli tullantılara  görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün  Neft  Emalı Zavoduna  “məcburi göstəriş” verilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 18:52 - EKOLOGİYA
EKOLOGİYA

Ən son xəbərləri səhifəmizdən də izləyin