• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fermerlər Şurasının üzvlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib

Fermerlər Şurasının üzvlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib

Daşkəsəndə keçirilən bu tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutunun, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin digər yerli qurumlarının əməkdaşları iştirak ediblər.

Daşkəsən DAİM-in direktoru Azər Hacıyev çıxış edərək ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan aqrar islahatlar və son dövrlər əldə olunan yüksək nəticələr  barədə ətraflı məlumat verib. O, bütün rayonlarda olduğu kimi, Daşkəsəndə də kənd təsərrüfatı məhsullarının istehsalı üçün sahibkarlara hər bir şəraitin yaradıldığını və əvvəlki illərdən fərqli olaraq yüksək məhsuldarlıq əldə olunduğunu  qeyd edib. Azər Hacıyev dövlətin fermerlərə texnika, toxum, gübrə dəstəyi, subsidiyalar barədə ətraflı məlumatlar verib.

Bitki Mühafizə və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Sahib Cabbarov taxılçılıq və bu sahənin inkişafı, aqrotexniki əməliyyatlar, zərərvericilər və xəstəliklər, toxumun səpinqabağı dərmanlanması və s. məsələlər barədə ətraflı danışıb .

Tədbirin sonunda istehsalçıları maraqlandıran suallar cavablandırılıb, fermerlərə müvafiq tövsiyələr verilib.  

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
             

8 Noyabr 2018 18:49 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin