• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki-Zaqatala bölgəsində birgə monitorinqlər keçirilmişdir

Şəki-Zaqatala bölgəsində birgə monitorinqlər keçirilmişdir

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosasiyası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında mərmər bağacığı adlanan zərərvericinin yayılması ilə bağlı daxil olan müraciət əsasında Dövlət Fitosanitar Xidmətinin, Şəki, Qax, Zaqatala və Balakən rayon bitki mühafizəsi mərkəzlərinin, eləcə də Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşları birlikdə monitorinqlər aparıblar.   

Belə ki, cari ilin oktyabda bölgənin fındıq bağlarına fitosanitar baxış keçirilib və bağlarda unlu şeh xəstəliyinin intensivliyinin, fındıq uzunburunu, mənənə və digər zərərli orqanizmlərin populyasiya sıxlığının ötən illə müqayisədə aşağı səviyyədə olduğu müəyyən edilib.

Eyni zamanda, bölgənin fındıq bağlarında, bitki qalıqlarının altında, ətrafda olan təsərrüfat və yaşayış binalarında, hətta zərərvericinin ehtimal olunduğu Zaqatala rayonunun Muxax kəndinin mədəniyyət evində fitosanitar yoxlamalar aparılıb və mərmər bağacığı aşkar olunmayıb.                                       .

Məlumat üçün bildirək ki, yetkin ziyankar bağacığının yetkin fərdləri əsasən meşələrdə, meşə zolaqlarında, kolluqlarda, bağlarda, kolluq basmış tarlalarda və digər yerlərdə qışlayır. Payız soyuqlarının düşməsi ilə əlaqədar olaraq yetkin bağacıqların bir yerdən digər yerə hərəkəti kəsilir və qidalanmamaqla qışlayırlar. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 18:47 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin