Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli rayonunda “Bayraq yürüşü”

Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak ediblər.

Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Təhsil nazirinin müavini Firudun Qurbanov tədbiri açaraq üçrəngli bayrağın Azərbaycan dövlətinin müqəddəs rəmzlərindən biri və bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Firudin Qurbanov varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını vurğulayıb.

 “N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.

Tarix elmləri doktoru Anar İsgəndərov isə qeyd edib ki, Azərbaycanın üçrəngli bayrağının yenidən dövlət rəmzi kimi bərpa olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa edən dövrdə üçrəngli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyevin sayəsində Naxçıvan Muxtar Respublikasında dalğalanıb.

Sonda əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər isə bayrağımız haqqında mahnılar oxuyublar. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Noyabr 2018 18:23 - CƏMİYYƏT
CƏMİYYƏT
14 İyul 2020 | 17:26
Ad günün mübarək, Şəhidim

Köhnə versiyamızdan xəbərləri izlə