Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzərin Azərbaycan bölməsində təhlükəsizlik mövzusunda taktiki döyüş təlimi

 Xəzərin Azərbaycan bölməsində təhlükəsizlik mövzusunda taktiki döyüş təlimi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizənin təmin edilməsi, döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri tərəfindən birgə keçirilən taktiki döyüş təlimləri xüsusi yer tutur. Avqust ayının 10-da Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələri tərəfindən “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” mövzusunda taktiki döyüş təliminə start verilmişdir.
Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri aşağıdakılardır: 
- Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili; dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi; sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi; gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması; raket-artilleriya qurğularından atışların keçirilməsi; Xəzər dənizi hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması. 
Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında təlimə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələrin şəxsi heyətinə, DSX Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilmiş, onların təlimə hazırlıq səviyyəsi yoxlanılmışdır.
Sıra baxışları yekunlaşdırıldıqdan sonra təlimə cəlb olunan sərhəd gözətçi gəmiləri, uçuş vasitələri, digər xüsusi texnika və şəxsi heyət tərəfindən təlim üzrə tapşırıqların icrasına başlanılmışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

10 2018 21:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin