• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İbrahim Cəfərov: “Bu bayraq qürur mənbəyimiz, qüdrətimiz, şərəfimizdir”

İbrahim Cəfərov: “Bu bayraq qürur mənbəyimiz, qüdrətimiz, şərəfimizdir”

Bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov ali məktəbin inzibati binasında Bayraq günü münasibətilə keçirilən tədbirdə deyib. Rektor qeyd edib ki, Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayıb. Bayraq hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrətidir.

 İbrahim Cəfərov Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə yaranması tarixindən də danışıb. Diqqətə çatdırıb ki, sonralar ümummilli lider Heydər Əliyevin iradəsi ilə ilk dəfə 1990-cı il noyabrın 19-da Naxçıvan Ali Sovetinin iclas zalına üçrəngli bayrağımız təntənə ilə gətirilib və dövlət bayrağı kimi təqdim olunub.

Universitetin tələbələrdən ibarət bədii özfəaliyyət kollektivi isə tədbir iştirakçılarına  Dövlət bayrağının dəyərlərini əks etdirən ədəbi-bədii kompozisiya təqdim edib. Əsgər geyimli tələbələrin cəngi sədaları altında bayrağımızı zala gətirməsi alğışlarla qarşılanıb, ürəkləri riqqətə gətirib. Bir-birindən təsirli, vətənpərvərlik hissləri ilə dolu ifalar, söylənən şeirlər hamını duyğulandırıb və Bayrağa tələbə sevgisinin təbiiliyini göstərib.

Sonda rektor İbrahim Cəfərov tədbirin hazırlanmasında zəhməti olan tələbə və müəllimlərə təşəkkür edib.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

8 Noyabr 2018 17:59 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin