• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada Bayraq Günü möhtəşəm tədbirlə yadda qaldı

Ağstafada Bayraq Günü möhtəşəm tədbirlə yadda qaldı

Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə möhtəşəm ümumrayon tədbiri keçirilmişdir. 

Yeni Azərbaycan Partiyasının inzibati binasının önündə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, icra hakimiyyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müdafiə nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Milli Bayrağımız müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir.Dövlət bayrağı meydanının salınması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızın bariz nümunəsidir. Dövlət rəmzləri Azərbaycan xalqının və Prezidentinin daim diqqət mərkəzində olmuşdur.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. 

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

8 Noyabr 2018 16:52 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin