• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İraq dollardan imtina edir

İraq dollardan imtina edir

Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən İraq hökuməti İranla hesablaşmalarda dollardan imtina etməyə hazırlaşır. RİA “Novosti”nin yaydığı xəbərə görə, bunu jurnalistlərə açıqlamasında İraq hökumətinin rəsmi nümayəndəsi Saad əl-Hədisi bildirib.
Onun sözlərinə görə, sanksiyalar hər şeydən əvvəl, pul köçürmələri və ABŞ dolları ilə aparılan bank əməliyyatlarına təsir göstərəcək. O, həmçinin iki ölkə arasında dollardan istifadə edilməyəcəyini də vurğulayıb. Bununla yanaşı, o əlavə edib ki, ABŞ valyutasından imtina ikitərəfli ticarətin azalmasına səbəb olacaq.
“İstənilən halda hökumət bununla bağlı yaranan bütün problemləri həll etməyə çalışacaq, İraq bazarına təsirin tarazlaşdırılması, həmçinin İran vətəndaşlarının maraqlarına ziyan dəyməsinə yol verməmək üçün müvafiq mexanizmlərin axtarışı ilə məşğul olacaq”, – deyə S. əl-Hədisi söyləyib.
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

10 2018 21:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin