• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qriqol Vaşadze: "Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam"

Qriqol Vaşadze:

Moderator.az-dan verilən xəbərə görə, bunu “Güc birlikdədir” siyasi blokunun prezidentliyə namizədi Qriqol Vaşadze “Deutsche Welle”yə müsahibəsində deyib.

Q.Vaşadze M.Saakaşvili ilə yanaşı, bütün siyasi məhbusları da əfv edəcəyini bildirib: “Hüquqşünas kimi mən ədalətin bərqərar olunmasını istəyirəm və bu, belə də olacaq. Gürcüstanın üçüncü prezidenti Gürcüstanda yaşamaq hüququ əldə edəcək. Mixeil Saakaşvilinin bu hüquqdan istifadə edib-etməyəcəyi onun özündən asılı olacaq”.

Prezidentliyə namizəd qeyd edib ki, hər bir dərrakəli vətəndaş ölkəni müasir dövlətə çevirdiyinə görə M.Saakaşviliyə minnətdar olmalıdır: “Gürcüstanın hüquq-mühafizə orqanları və ya məhkəmə sisteminin Mixeil Saakaşviliyə sualları varsa, o, bunlara cavab verməlidir. Əgər Saakaşvili Gürcüstanda özünün siyasi gələcəyini qurmaq istəyirsə, o zaman qərarı gürcü xalqı qəbul edəcək”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ilk turu bu il oktyabrın 28-də keçirilib. Prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazana bilməyib. Ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. İkinci turda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Güc birlikdədir” siyasi blokunun namizədi Qriqol Vaşadze arasında gedəcək.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

8 Noyabr 2018 13:07 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin