• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran İslam Respublikasının Mədəniyyət və Kitabxanalar üzrə baş müdiri Məhəmməd Pur Milli Kitabxanada olmuşdur

İran İslam Respublikasının Mədəniyyət və Kitabxanalar üzrə baş müdiri Məhəmməd Pur Milli Kitabxanada olmuşdur

V Beynəlxalq Teatr Konfransının iştirakçısı İran İslam Respublikasının Mədəniyyət və Kitabxanalar üzrə baş müdiri Məhəmməd Pur Milli Kitabxanada olmuşdur.

Milli Kitabxananın direktoru,  professor Kərim Tahirov qonağı salamlamış və hər zaman Təbrizli qardaşlarımızla əməkdaşlıq etməkdən məmnun olduğunu bildirmişdir. Kərim Tahirov Milli Kitabxananın Təbrizdə keçirilən Beynəlxalq Kitab sərgilərində iştirakını və Azərbaycanın mədəniyyət naziri cənab Əbülfəs Qarayevin göstərişi ilə Təbriz Mərkəzi kitabxanalarına müntəzəm olaraq Milli Kitabxana tərəfindən Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına aid kitabların göndərilməsini xüsusi qeyd etmişdir.

Məhəmməd Pur Təbrizdə iki böyük kitabxananın qarşılıqlı əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını bildirmiş və bu məqsədlə ilk addım kimi növbəti tədbirlərə Azərbaycan Milli Kitabxanasını dəvət edəcəyini xüsusilə qeyd etmişdir. Dr. Məhəmməd Pur Firdovsi, Hafiz Şirazi, Məhəmməd Hüseyn Şəhriyarın və digər şair və yazıçıların əsərlərinin və “Molla Nəsrəddin”in nadir nüsxələrinin Təbriz Mərkəzi Kitabxanasının fondunda xüsusi yer tutduğunu bildirmiş və bu cür dəyərli nəşrlərin foto surətinin Milli Kitabxanaya veriləcəyini söyləmişdir.

Sonda İran İslam Respublikasının Mədəniyyət və Kitabxanalar üzrə baş müdiri Dr. Məhəmməd Pur “Şeiri ədəb” və “Tamam nəfaxir” adlı kitabları Milli Kitabxanaya hədiyyə etmiş, Kərim Tahirov da öz növbəsində “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları qonağa təqdim etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

8 Noyabr 2018 11:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
15 Noyabr 2018 | 16:05
Muzeyin eksponatları Berlində

Ən son xəbərləri səhifəmizdən də izləyin