• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi qeyd edilib

Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi qeyd edilib

M.Maqomayev adına Azərbaycan Dövlət Milli  Filarmoniyasında Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir filarmoniya və “Mədəniyyət” kanalının birgə layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatı, Aqil Abbas və başqaları unudulmaz şairin həyat və yaradıcılığından danışıb, ədəbiyyatımızın inkişafındakı xidmətlərini vurğulayıblar.

Bildiriblər ki, Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

Diqqətə çatdırılıb ki, Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb.

Çıxışlarda vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Noyabr 2018 11:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
19 Noyabr 2018 | 12:09
Milli Kitabxanada kitab sərgisi

Ən son xəbərləri səhifəmizdən də izləyin